Ölkə

“Nəyə deyirsiniz and içim, onunla birlikdə olmamışam…” – Məşhur müğənninin həyat yoldaşı etiraf etdi – VİDEO

Amerikanın rock and roll kralı Elvis Presleyin həyat yoldaşı Priscilla Presley ilk dəfə ictimayyət qarşısında etiraf edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Priscilla Presley 14 yaşında yenicə tanış olduğu Elvis Presley ilə seksual yaxınlıq etmədiyini etiraf edib.  78 yaşlı aktrisa bunu cütlüyün həyatından bəhs edən “Priscilla” filminin təqdimat mərasimində deyib.

“Mən onun səsinin, sənətinin vurğunu idim. O zaman hələ cəmi 14 yaşım var idi. Amma yaşıma görə çox nəcib, dünyagörmüş qız idim. O, da mənə rəğbət bəsləyirdi, sevgi və qayğı ilə yanaşırdı. Amma o vaxtlar mənə qarşı heç bir cinsi maraq güdmürdü. Hamı deyir ki, bizim ikimiz arasındakı yaxınlığın başqa səbəbi ola bilməz. Bunu cinsi münasibətə bağlayırlar. Amma əsla belə olmayıb.”

Elvislə Priscilla 1967- ci ildə ailə qururlar. O vaxt Priscillanın 21, Elvisin isə 31 yaşı var idi. Priscilla öz memuarında qeyd etmişdi ki, ailə qurana qədər bakirə olub.

Onların bu evlilikdən bir qızları olur. Cütlük 7 ildən sonra boşanır. Elvis 1977-ci ildə 42 yaşında ürək tutmasından vəfat edir.

Ülkər

Milli.Az


 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button