I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşada – FOTO
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, onlara kütləvi məzarlıqla bağlı məlumat verilib.
Qeyd edək ki, avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.
xxx
14:04
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib.
Səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Səfərin təşkil olunmasında məqsəd itkin düşən şəxslərin yaxınlarının döyüşdüyü torpaqları ziyarət etməkdir. Səfər çərçivəsində Şuşa şəhərinin gəzintisi və Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlığın ziyarət edilməsi nəzərdə tutulub.
Milli.Az