Ölkə

Bakı-Qazax yolu sürücüləri qaydaları pozmağa məcbur edir

Azərbaycanda yolun sağ zolağında asfalt yararsız olduğu üçün, sürücülər sol zolaqla hərəkətə edirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət ölkənin ən böyük magistrallarından olan Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi yolundan gedir.

Sürücülər deyir ki, bu yolun müəyyən hissələrində sağ  zolaqda asfalt qatı yararsız hala düşdüyü üçün məcbur qalıb sol zolaqla hərəkət edirlər.

Sürücülər sağ zolaqla hərəkət edən zaman avtomobilə də zərər dəydiyini deyirlər. Onların sözlərinə görə, çala-çuxurdan yayınmaq cəhdləri qəza riskini də artırır.

“Bəs bu halda sürücülərin cərimə edilməsi qanunidirmi?.”

Əgər qanunidirsə onlara güzəşt olmalıdırmı?. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Toğrul Nəsirli bildirdi ki, yol hərəkəti haqqında qanunun 49-cu maddəsinə əsasən normal hərəkət zamanı sürücülər vəziyyətdən asılı olaraq, sağ zolaqla hərəkət etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı onu da əlavə etdi ki, təmir gedən magistrallarda müvəqəti yol nişanları qoyulursa sürücülər həmin nişanın tələbinə uyğun hərəkət etməlidirlər.

“Yolun solu bizə qanunları ətraflı şəkildə izah etdi. O ki qaldı sağ tərəfin vəziyyətinə…”

Avtomobil yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli onu da bildirdi ki, təhlükəsizliyi təmin etmək məqsədi ilə bəzi magistralların kənarında yararsız hala düşən əyrixətli tirlərin də yenisi ilə əvəzlənməsi işləri görülür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button