İdman

“Azərreyl” 5 voleybolçu ilə müqavilə imzaladı

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Klubdan Milli.Az-a verilən məlumata görə, ölkəmizi Çağırış kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardınca 5 oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.

Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova ilə müqavilə yenilənib. Razılığa əsasən, onlar daha bir il “Azərreyl”in uğurları üçün çalışacaqlar.

Bu voleybolçularla yanaşı, Aişə Alismanova da yeni mövsümdən “Azərreyl”in formasını geyinəcək. Gənclər komandamızdan cəlb olunan 15 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button