Ölkə

Yeniyetmə ailəsindən gizlin 70 min manatı “TikToker”lərə hədiyyə göndərdi

“Dünən aldığım müraciətdə, əlil bir qadının bacısına ev almaq üçün verdiyi 70.000 AZN-i, qadının uşağı Tiktok platformasına yatırıb, jeton alıb. Bəli ƏDV xaric olmaqla 70.000 Azərbaycan manatı”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu fikirləri Facebook istifadəçisi Elman Mütəllim öz hesabında yazıb. 

O bildirib ki, uşağın 16 yaşı var: 

“Evdən icazəsiz olaraq edib bu hərəkəti. Özü ilə söhbət edəndə dedim ki, nəyə görə yatırırdın pulları, deyir ki, canlıda adımı çəkirdilər, tərifləyirdilər məni, mən də jeton atırdım onlara. Qadın intihar etməyi düşünürmüş. Çox mərifətli, çox gözəl bir xanımdır. Övladına da, bağlı birisidir. Şükürlər olsun ki, etdiyimiz müraciətlər müsbət nəticə aldı. Məbləğlər karta qayıdacaqdır. Uşaqlarınıza nəzarət edin. Tərbiyənin artıq iki növü mövcuddur. Sosial tərbiyələri də bura daxildir. Telefonu verib, nəzarəti və azadlıqı özlərinə buraxmayın. Dövr də o deyil, insanlar da”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button