Uncategorized

“İncik” müsahibəyə sərt cavab – Hamı “çarə” axtarır…

Paşinyan yenə açıqlaması ilə “aləmi bir-birinə qatıb”. Çarəsizliyini qərarsızlığında hiss etdirən baş nazir Kremli qəzəbləndirib. Qərbə sığınan Paşinyana ən sərt reaksiya elə Rusiyadan gəlib. Bəlkə də elə qərbə sığındığına görə…

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Açıqlamaları arasında ziddiyət təşkil edən, bir neçə gün əvvəl Azərbaycanın qarşısına şərt qoyan Paşinyan indi də “La Republica” qəzetinə müsahibəsində Rusiyanı tənqid edib. KTMT-dən “yox” cavabı alan Paşinyan bütün kinini bu müsahibədə üzə çıxarıb, incikliyini dilə gətirib. O, “La Republica” qəzetinə açıqlamasında bildirib ki, bu gün başı Ukrayna ilə döyüşə qarışan Kreml Ermənistanı “unudub”. Onun dediyinə görə Rusiya Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır: “Ermənistanın milli təhlükəsizliyində yaşanan problemlər Rusiya Federasiyası ilə birbaşa əlaqədardır və Moskva erməni xalqı qarşısında öz öhdəliklərinə əməl etməyib”.

Adi dostlar belə bəzən bir-biri ilə oyunda uduzanda məğlubiyyətinə “bəhanə” axtarmağa, “cığallıq” etməyə çalışır. Paşinyanın da hərəkəti bir növ buna bənzəyir. 44 günlük vətən müharibəsində məğlub olan Paşinyan müxtəlif bəhanələr gətirərək, vaxt uzadaraq, təqsiri onun bunun üstünə ataraq özünü “təmizə çıxartmağa” çalışır. Dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanımasını beynəlxalq platformalarda etiraf edən Paşinyanın sözünü sonradan danması, qarşımıza şərt qoyması da buna bariz nümunədir. O məğlubiyyətini həzm etmək istəmir, bütün variantlardan yararlanaraq danışıqlar prosesini uzatmaq istiyir. Paşinyan açıqlamaları ilə sülh prosesinə zərbə vurur, reinteqrasiyaya mane olur.

Təqsirkar axtarmaq və hər bir bəhanə ilə bunu sonsuzadək etmək lazım deyil

Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını şərh edərkən deyib.

“Ermənistanın baş naziri son günlərdə çox açıqlamalar verib. Düşünürəm ki, bütün bu açıqlamaları sadəcə ümumiləşdirərək demək olar ki, öz səhvlərinə görə cavab vermək lazımdır, təqsirkar axtarmaq və hər bir bəhanə ilə bunu sonsuzadək etmək lazım deyil. Öz məsuliyyətini daşımaq lazımdır və bunu təqsir hesab edirlərsə, bu təqsiri və ya bu məsuliyyətin özünü başqasının üzərinə yıxmaq lazım deyil. Siyasətçinin, dövlət xadiminin yoldan ötən və öz ölkəsinin milli maraqlarını düşünməyən şəxsdən fərqləndirən cəhət də budur”, – o deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda rusiyalı sülhməramlıların missiyasının uğursuzluğa düçar olması ilə bağlı dediklərini şərh edərkən qeyd edib ki, Rusiya regiondan getməyə hazırlaşmır: “Rusiya Qarabağda təhlükəsizlik təminatçısı rolunu oynamaqda davam edir”, – deyə Peskov əlavə edib.

NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Qünter Fehlingerdən Paşinyana dəstək verilməsi Rusiyanı daha da qəzəbləndirib. O, “X” platformasında “Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden, Ermənistanı qoruyun”, – deyə qeyd edib. Aydın məsələdir ki, bu Qünterin şəxsi fikri deyil. Bu sözlərin arxasındakı “erməni xahişi”ni sezməmək mümkün deyil. Amma, Ermənistanın da Şimali Atlantika Alyansına qəbul olunma ehtimalı çox azdır, demək olar ki ki, şansı yox səviyyəsindədir. Ermənistanın NATO-nun əsas qurucularından biri olan Türkiyəyə qarşı əsassız torpaq iddialarından, nə də saxta genosid ittihamlarından əl çəkməmələri bunu deməyə əsas verir.

“Ermənistan” alyansın lideri, parlamentin keçmiş deputatı Andranik Tevanyanın fikrincə Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı münaqişənin mərkəzində qoyub, Ermənistanın mövcudluğu təhlükə altındadır:

“Ermənistan parçalanacaq”, – o qeyd edib.

İran isə baş verən prosesləri “sakitcə” izləyir. İran İnqilab keşikçiləri Ordusu və ya qısaca “SEPAH” Qünter Fehlingerin dəvətini “sionizmin çirkin oyunu” kimi qələmə verib. “Cənubi Qafqazdan “qan qoxusu” gəlir”, – deyə paylaşımda bildirilib. Əslində həm kollektiv Qərb, həm də Rusiya Cənubi Qafqazda vəziyyətinin sabitləşməsi niyyətində olduğunu göstərir. Amma, hər iki tərəf dolayı yolla Ermənistanın xeyirinə hərəkət edir. Qərb İrəvana dəstək çıxır, onların oyunlarına göz yumur, “şou”larına dəstək çıxır. Rusiya isə sülh prosesinin mümkün qədər uzanmasını istəyir. Bu vəziyyətdən ən karlı çıxan tərəf Ermənistan olur. Onlar Laçın yolu vasitəsilə silah və digər qanunsuz daşımaları rahat şəkildə həyata keçirmək niyyətindədir. Azərbaycan isə heç bir halda buna imkan verməməlidir.

Bəxtiyar Umarlı
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button