Ölkə

Bu evləri alanlar problemlərlə üz-üzə qalır

Bələdiyyə sənədi ilə fərdi evlər alan vətəndaşlar sonradan bir çox problemlərlə üz-üzə qalır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, ilk növbədə vətəndaşlar qeydiyyat problemi ilə rastlaşırlar.

“Vətəndaşlar həmin evə qeydiyyata düşə bilmirlər. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla bağlı problem ortaya çıxır. Bundan başqa, həmin evdə məskunlaşan sakinlərin hüquqlarının müxtəlif istiqamətlərdə təmin olunmaması ilə bağlı məsələlər var”, – deyə R.Osmanlı bildirib.

O qeyd edib ki, bələdiyyənin verdiyi sənəd mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.

“Mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığına görə vətəndaşlar həmin sənədlərlə müəyyən əməliyyatlar apara bilmirlər, qeydiyyata düşə bilmirlər, təhsil, səhiyyə, sığorta və digər hüquqlardan istifadə edə bilmirlər. Eyni zamanda, həmin evlərin üzərində sərəncam hüquqları yoxdur, yəni vətəndaş o evi rəsmi qaydada sata, girov qoya, bağışlaya bilmir. Ona görə ev alarkən bunlara diqqət yetirmək lazımdır”, – deyə R.Osmanlı bildirib.

O əlavə edib bələdiyyə sənədi ilə olan evlərlə rəsmi çıxarışı olan evlərin qiymətində 15-30 faiz arası qiymət fərqi olur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button