Mədəniyyət

Filarmoniya növbəti yaradıcı mövsüm ilə tamaşaçıların görüşünə gəlir

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası növbəti yaradıcı mövsüm ilə tamaşaçıların görüşünə gəlir. Yay aylarında böyük tədbirlər planı hazırlamış, onları yüksək səviyyədə təqdim etmək üçün dayanmadan çalışan kollektivlər və inzibati işçi qrupu çoxsaylı festival və müsabiqələr, beynəlxalq və yerli layihələrə imza atmağa hazırdırlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycan Dövlət Akademik Filarmoniyası və Kamera Orqan musiqisi zalında keçiriləcək tədbirlərdə müxtəlif solo konsertlər, eyni zamanda yaradıcılıq gecələri reallaşdırmağı planlaşdırılır.

Nəzdində fəaliyyət göstərən çoxsaylı kollektivlərin hər birinin xüsusi konsert repertuarları daha da genişləndirilmiş, eləcə də, ifaçı tərkibi yenilənmişdir.

Yeniliyə daim açıq olan Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyi gənc ifaçıları da unutmur. Təcrübə ilə müasirliyin tandeminə əsaslanan layihələrə dəstək olmaqda davam edərək səhnəni daim gənc, yaradıcı nəsil nümayəndələrinə həvalə etməyə hazırdır.

Azərbaycan Dövlət Akademik Filarmoniyası tarixi köklərə istinad və gələcəyə böyük ümidlərlə yeni mövsüm münasibətilə hər kəsi təbrik edir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button