Siyasət

Paşinyanın çıxışındakı “sirr” – “Proseslər müharibəyə aparır”

Azərbaycan tərəfi regionda sülh üçün çalışsa da, qarşı tərəf bunun tam əksini edir. Üstəlik, bizi Cənubi Qafqazda vəziyyəti gərginləşdirməkdə günahlandırır. Bütün aləmə, beynəlxalq təşkilatlara car çəkirlər ki, guya Azərbaycan atəşkəsi pozur, onları blokadada saxlayıb, acından ölürlər, ərzaq tapmırlar və sair. Azərbaycanın göndərdiyi yardıma üz çevirib, öz siyasi oyunlarını davam etdirən ermənilər əvvəl Rusiyanın “çətir”i altında olsalar da, indi arxalanmağa yeni “çiyinlər” tapıblar. Görünür elə bu “çiyinlər” Paşinyanın çıxışlarına da təsir edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edən Paşinyan bu gün yenə şərt irəli sürüb. O, hökumət iclası zamanı deyib ki, Ermənistan Azərbaycanla sülh və münasibətlərin normallaşdırılması haqqında saziş bağlamağa hazırdır: “Beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu və Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün Laçın dəhlizinin açılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi qərarlara uyğun olaraq prosesi davam etdirmək əhəmiyyətlidir. 

Bu cümlədə diqqət çəkən məqam var: “”beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilsin”. Yəni, 44 günlük vətən müharibəsindəki məğlubiyyətdən dərs çıxarmayan baş nazir qarşımıza şərt qoymaqla hələ də sülh prosesinin uzanması niyyətindədir. 

Ziddiyyətli çıxış Paşinyanın bir daha xarakterini ortaya qoyur. Onun sülh prosesinə mane olduğunu, bölgədəki vəziyyətin daha da gərginləşməsinə çalışdığı aydın görünür. Paşinyanın verdiyi açıqlama onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur. Baş nazir səhvləri təkrarlamağa davam edir, onun hakimiyyəti Ermənistanın gələcək taleyini böyük riskə atır.

“Hazırda gedən proseslər müharibəyə aparır”

Bu Ermənistanın Alternativ Layihələr qrupunun üzvü, keçmiş deputat Vahe Ovannisyanın fikridir. Ermənistanda qatı revanşistlərdən sayılan Ovannisyanın dediyinə görə bu proseslər bir gecədə formalaşmayıb, erməni diplomatiyasının silsilə səhvlərinin nəticəsidir: Yol verilən səhvlər danışıqlar prosesinin mahiyyətini təhrif edib”, – deyə erməni politoloq bildirib.

Paşinyanın həmçinin hökumət iclası zamanı Azərbaycanı bölgədə hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə təqsirləndirib, Azərbaycanın ərazidə qüvvələr cəmləşdirməsi iddia edib. Təbii ki, bu Ermənistan tərəfinin növbəti saxta siyasi manipulyasiyasının tərkib hissəsidir. Azərbaycan sülh prosesində irəliləmək üçün xoş niyyətini və səmimi istəyini dəfələrlə sübut edib. Prezident İlham Əliyev də ötən gün ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı bildirib ki, Qarabağın erməni əhalisinin nümayəndələri reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onlar bundan imtina edib. 

Bəxtiyar Umarlı

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button