İdman

İdmançılarımızdan Avropa çempionatının ilk günündə 3 medal

Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatına uğurlu başlayıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, yarışın ilk günündə milli komandamızın 7 üzvü medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında 60 kiloqram çəkidə yarışan Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb.

66 kiloqram çəki dərəcəsində çıxış edən Aydın Rzayev final qarşılaşmasında gürcüstanlı Tenqo Zirakaşviliyə uduzaraq gümüş medalla kifayətlənib.

Qızlar arasında isə 52 kiloqramda mübarizə aparan Aydan Vəliyeva isə üçüncü yer uğurunda görüşdə İtaliya təmsilçisi Mikaela Şakovelli ilə qarşılaşıb. “Qızıl xal” bölümünün üçüncü dəqiqəsində rəqibinə ipponla qalib gələn idmançı bürünc medala sahib çıxıb.

Milli.Az

İdmançılarımızdan Avropa çempionatının ilk günündə 3 medal


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button