İdman

Təcavüzdə adı hallanan məşhur futbolçular

Son illərin ən çox problemlərindən biri qadına qarşı olunan şiddətlərin daha da artmasıdır. Dünyada hər gün milyonlarla qadın şiddət görür və təcavüzə uğrayır. Qadına qarşı zorakılıqda adı hallanan tanınmışlar var ki, siyahının başında bir sıra futbolçular gəlir. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən qadına qarşı təcavüzdə adı hallanan futbolçuları müəyyənləşdirib.

Həmin futbolçuların kim olduğunu sizlərə təqdim edirik:

Ən çox zorakılıqda adı hallanan dünyaca məşhur futbolçu Kriştiano Ronaldodur. Futbolçu tərəfindən zorlandığını iddia edən amerikalı model Ketrin Mayorqanın vəkili bu barədə açıqlama verib. O, bildirib ki, daha 3 xanım analoji şikayətlə ona müraciət edib.

Təcavüzdə adı hallanan 48 yaşlı futbolçu Marselinyo evində verdiyi ziyafət zamanı bir qadını zorla öpməyə çalışıb və saçlarını dartıb. Onun vəkili isə bu iddianı təkzib edib.

Fransanın Paris Saint-Germain (PSG) klubunda çıxış edən ulduz futbolçu Neymar haqda “İnstagram”da yazışdığı qadına təcavüz etdiyi deyilir. Futbolçunun özü “İnstagram” hesabında 7 dəqiqəlik video yayımlayaraq baş verənləri inkar edib. Buna baxmayaraq özünü zərərçəkmiş kimi təqdim edən qadın qorxduğu üçün polisə gec müraciət etdiyini deyib. 

Almaniyanın “Ştutqart” klubunda forma geyinən türk əsilli almaniyalı yarımmüdafiəçi Atakan Karazorun da adı təcavüzdə hallanır. Belə ki, futbolçu öz həmyaşıdı olan dostu ilə 18 yaşlı ispaniyalı qadına təcavüz etdiyi üçün saxlanılıb.

Bundan başqa, İspaniyanın “Selta” klubunun futbolçusu Santi Mina qadına təcavüzə görə həbs edilib. Məhkəmə idmançını 2017-ci ildə törətdiyi cinayətə görə 4 il müddətinə azadlıqdan məhrum edib. Futbolçuya həmçinin təcavüz etdiyi şəxsə 12 il müddətinə 500 metrdən yaxın məsafədən olmamağı qadağan edilib. Əks halda o, 50 min avro cərimə ödəməlidir.

Hücumçu olaraq çıxış edən İspaniya millisinin futbolçusu Xuanel məhkəmənin qərarını pozaraq keçmiş həyat yoldaşına hücum etdiyi üçün 3 ay müddətinə həbs edilib.

Braziliyalı futbolçu Bruno Fernandes de Souza sevgilisinin qətlinə görə, 22 il müddətinə azadlıqdan məhrum edilib. Qadının meyiti isə tapılmayıb.

“Mançester Siti” və Fransa millisinin futbolçusu Benjamin Mendi cinsi təcavüz və zorakılıq cinayətlərinə görə həbs olunub. Məhkəmənin qərarı ilə günahsız elan olunaraq sərbəst buraxılıb.

Keçmiş ingilis futbolçusu Adam Conson yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirli bilinərək 6 illik həbs cəzası çəkib. Daha sonra o, “Sanderlend” klubundan və İngiltərə millisindən qovulub.

Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 23 yaşlı gənc qadına təcavüz etməkdə ittiham edilərək həbs edilib. Alveşin özü iddiaları təkzib edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button