Ölkə

Puqaçovanın uşaqlarının atası Qalkin deyil

Alla Puqaçova və Maksim Qalkin heç vaxt gizlətməyiblər ki, əkizlər Liza və Harri surroqat ana sayəsində dünyaya gəliblər. Süni mayalanma proseduru zamanı müğənni və komediyaçının genetik materiallarından istifadə edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, Rusiya mediası iddia edir ki, əslində uşaqların atası heç də Qalkin deyil. Yazırlar ki, uşaqların atası uzun illər əvvəl Primadonnanın “Project A” şousunda sevimlisi olmuş müğənni Sergey Savin ola bilər.

Savin Puqaçova ilə Qalkinin evliliyinin piar olduğunu, əslində isə Allanın onunla maraqlandığını bildirib. Onun sözlərini cütlüyün yaxınları da təsdiqləyib. Rusiya mətbuatına şərhdə onlar Liza və Harrinin Sergeyə çox bənzədiklərini bildiriblər.

Savinin özü Divanın uşaqlarının atası ola biləcəyi ilə bağlı məlumatı təsdiqləməyib, lakin o, ulduz ailəsinin pərəstişkarlarını intriqaya salmaq üçün “yem atıb”.

“Mən şəxsi həyatı, xüsusən də Puqaçova haqqında şərh verməyi mümkün hesab etmirəm. Amma söz-söhbətlər artarsa, DNT testindən keçməyə hazıram”, – Savin deyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button