Ölkə

Hərbi texnikamızın üzərinə yazılan hərfin mənası nədir?

Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərinə həfrlərin yazılmasıdır. Bunu əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra müxtəlif fikirlər ortaya atılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bəziləri bu həfrlərin xüsusi məna daşıdığı fikrini irəli sürür.

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hərbi texnikanın üzərinə hərflərin yazılması əvvəlki illərdə də müşahidə edilib. Amma bu, hər hansı bir ideolaji məna daşımır.

Məsələn, əvvəlki illərdə hərbi texnikalarımızın üzərinə ortasından xətt çəkilmiş “B”, “Z”, “N” kimi hərflər yazılıb. Bu, qrupların, bölmələrin adlarının baş hərfləridir. 

Bunun yazılmasında məqsəd isə hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək və əməliyyatların havadan, qurudan idarəedilməsini asanlaşdırmaqdır. Yəni, bir növ fərqləndirmə nişanlarıdır və bu nişanlar hərbi texnikaların yanlarına və üstünə vurulur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button