İdman

Şahruddinin yerinə o gəlir – “Qarabağ”dan AÇIQLAMA

Qapıçı Şahruddin Məhəmmədəliyevin “Adanaspor”a keçidindən sonra Ağdam təmsilçisi UEFA-ya yeni qolkiper sifariş edəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Fanat.Az-a açıqlamasında “köhlən atlar”ın direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi Şahruddinin əvəzinə UEFA-ya gənc “çərçivə” qoruyucusu Amin Ramazanovun adının göndəriləcəyini bildirib.

Hazırda “Qarabağ”ın 3 qapıçısı var. Bunlar bir müddət öncə “Bayer Leverkuzen”i Azərbaycan təmsilçisinə dəyişən Andrey Lunyov, Luka Quqeşaşvili və Amin Ramazanovdur.

Qeyd edək ki, ağdamlılar AL-in H qrupunda “Bayer Leverkuzen” (Almaniya), “Molde” (Norveç) və “Hekken”lə mübarizə aparacaq.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button