Ölkə

Yağışlı hava neçə gün davam edəcək?

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin bəzi yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış yağır:

“Balakan, Şəki bölgəsinin bəzi yerlərində intensiv və güclü yağış müşahidə olunur. Ən çox yağıntı miqdarı Qax, Şəki, Zaqatala və Qəbələdə qeydə alınıb. Digər bölgələrdə isə nisbətən az yağıntı olub”.

A.Verdiyevin sözlərinə görə, Zaqatala, Şəki və Tərtərdə şimal-qərb küləyi əsib:

“Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 12-dək davam edəcək. Bakı və Abşeron yarımadasında sentyabrın 9-10-da yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində yağışın intensiv olacağı gözlənilir”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button