Siyasət

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni səlahiyyət verildi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edib.

Qaydalara əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQ) və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş (CQG) boru kəmərlərinin mərkəzi oxlarından hər tərəfə 201 metr məsafədə mövcud əhalinin və tikililərin sıxlığı daimi nəzərə alınmalıdır.

İndiyə qədər bu zonada başqa hüquqi və ya fiziki şəxslər tərəfindən hər hansı bir dəyişikliklərin planlaşdırılması nəzərdə tutularsa, dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Energetika Nazirliyi ilə əvvəlcədən razılaşdırılmalı idi. Qərara əsasən, artıq belə dəyişikliklər istismarçı təşkilatın yazılı rəyi əsasında Energetika Nazirliyi ilə bərabər Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə də əvvəlcədən razılaşdırılmalıdır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button