Ölkə

NZS-i bu dəfə gerçəkdən sökürlər

Bu ərazidə ikiotaqlı həyət evinin qiyməti təqribən 60-70 min manatdırsa, yeni binada təmirli mənzilin qiyməti 130-150 min manat olacaq

Bakının daha bir rayonunda fərdi yaşayış evləri plana düşüb. Söhbət Xətai rayonunda yerləşən NZS qəsəbəsindəki evlərdən gedir. Artıq ərazidə iki şirkət tərəfindən evlərə baxış keçirilib və ölçülər götürülüb. Ərazidə tikinti işləri aparmaq üçün geoloji araşdırmaların nəticələri gözlənilir. İkimərtəbəli binalar söküldükdən sonra yerində çoxmərtəbəli binaların tikilməsi üçün geoloji rəyin verilməsi vacibdir. Məhz müsbət rəy verildikdən sonra ərazidə 12 mərtəbəli binanın inşası planlaşdırılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qeyd edək ki, evləri plana düşəcək sakinlərə 1 kv.m üçün 2 min AZN kompensasiya nəzərdə tutulub. Bununla razılaşmayanlara isə yeni binalarda evlə yanaşı, kirayə pullarının verilməsi təklif ediləcək.

İqtisadçı alim Vüsalə Əhmədova “Yeni Müsavat” a bildirdi ki, təəssüf ki, mülkiyyətçiyə təklif olunan kompensasiya məbləği mənzilin mövcud bazar dəyərindən aşağı olur – mənzillərin bir kvadratmetri üçün 1500 manat təklif olunur, ən yaxşı halda 2000 manat. Ekspert qeyd etdi ki, bu məbləğə vətəndaş şəhərətrafı ərazilərdə yerləşən yenə də köhnə binalardan mənzil ala bilər: “Bu səbəbdən də mülkiyyətçilər, yeni binada əvvəlki mənzilinin sahəsindən bir qədər artıq sahəyə malik mənzil təklif edildiyi üçün bu təklifi daha məqbul hesab edirlər. Bu zaman da ikinci bir problem yaranır ki, evlər həddindən artıq gec inşa edilir. Çünki sökülən iki, üç və ya beşmərtəbəli binaların yerinə ən az 12 mərtəbəli binaların inşa edilməsi nəzərdə tutulur. Tikinti şirkəti həm köhnə binada yaşayan insanları evlə təmin etmək, həm bütün xərcləri çıxartmaq, həm də sonda mənfəət əldə etmək üçün təbii olaraq çoxmərtəbəli bina inşa etməlidir. Bina deyildiyi müddətdən həddindən artıq gec təhvil verilir və mülkiyyətçi illərlə kirayədə yaşamaq məcburiyyətində qalır.

Vüsalə Əhmədova

Bildiyimiz qədərilə, mülkiyyətçiyə təklif olunan kirayə pulu da bir neçə aydan sonra kəsilir, yenə zərər çəkən mülkiyyətçi olur. Təbii ki, belə olan şəraitdə həm də köhnə binalardakı mənzillərin istər satış qiyməti, istərsə də kirayə evlərin qiyməti yüksəlir. Vətəndaşların tikinti şirkətlərinə inamı da qalmayıb. Belə olan halda, dövlət tərəfindən vətəndaşların mülkiyyət hüquqlarına tam təminat verilməlidir. Dövlət qurumları mütləq şəkildə bu prosesdə aktiv iştirak etməli, vətəndaşlara zəmanət verməlidirlər”.

AZƏRTAC

Azər Badamov

Millət vəkili Azər Badamov “Yeni Müsavat” a mövzunu belə şərh etdi:  “Bakı şəhərindəki köhnə evlər olan ərazilərin sökülməsini və yerində müasir parklar və binaların tikilməsini müsbət hal hesab edirəm. Bir vaxtlar “Sovetski” adlanan ərazidəki  evlər söküləndə də insanlar fərqli fikirlər səsləndirirdilər, lakin sonradan salınan yeni, müasir parklar və xidmət sahələri insanların dincəlmək üçün ən çox seçdikləri məkana çevrilib. O cümlədən, istismar müddətini bitirmiş köhnə binalar da sökülərək onların yerində yeni binalar ucaldılır. Bu da köhnə binalarda təhlükəli və şəraitsiz vəziyyətdə yaşayanlar üçün daha müasir, təhlükəsiz yaşayışın təmini deməkdir. O cümlədən NZS qəsəbəsindəki evlərin sökülməsi və yerində 12 mərtəbəli binanın tikilməsinin planlaşdırılmasının bu ərazidə yaşayan insanlara rahatlıq gətirəcəyini hesab edirəm. Həmin ərazidə yaşayan sakinlərə söküləcək yaşayış sahələrinin hər kvadratmetrinə görə 2 min manatdan kompensasiyanın ödənilməsinin də doğru olduğunu düşünürəm. Çünki o ərazidə mənzillərin kvadratmetri 2 min manatdan baha deyil. Vətəndaşların ödənilən məbləğlə bağlı narazılığı varsa, alternativ variant olaraq yeni binada mənzillərlə təmin edilməsi və binanın tikintisi başa çatana qədər kirayə pulunun ödənilməsi heç bir narazılıq yaratmamalıdır. Hər şeyə bu günün reallığı ilə yanaşmalıyıq. Köhnə və xaotik tikilmiş evlər heç də şəhərimizin planlaşmasına və gözəlliyinə uyğun deyil. Hesab edirəm ki, Bakının digər rayonlarında da mövcud köhnə birmərtəbəli tikililər sökülüb onların yerində müasir binalar və parkalar salınsa, həm genişlik yaranar, həm də şəhərimiz daha da gözəlləşər. NZS qəsəbəsində evlərin sökülməsi mənzillərin kirayəsi bazarına da təsirsiz ötüşməyəcək. Çünki o ərazidə yaşayan insanların əksəriyyəti müvəqqəti yaşamaq üçün yer axtaracaqlar. Bu da kirayə mənzil bazarında tələbin artmasına səbəb ola bilər. Amma ümumi mənzil satışı bazarına bir təsir edəcəyini düşünmürəm. Çünki Bakıda kifayət qədər çox yeni çoxmərtəbəli binalar tikilib və öz alıcısını gözləyir”.

Ekspert:

Elnur Fərzəliyev

Əmlak üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, köhnə yaşayış binalarının sökülməsi paytaxtın istismar müddətini bitirmiş qəzalı binalardan xilası deməkdir. O hesab edir ki, bu şəhərin görünüşünə gözəllik gətirir: “Köhnə binaların sökülməsi həm də mənzillərin qiymətinin artması deməkdir. NZS ərazisindəki fərdi evlərin əmlak bazarında dəyəri o qədər də yüksək deyil. Bu ərazidən əmlak almaq istəyən vətəndaşlar azdır. Həm çıxarış problemi var, həm də axın olan ərazi deyil. Odur ki, insanların əmlakı kapital kimi dəyər qazanacaq. Yeni mənzillərdə də isə dəyər təxminən iki, üç  dəfə artır. NZS ərazisində ikiotaqlı həyət evinin qiyməti təqribən 60-70 min manatdırsa, yeni binada təmirli mənzilin qiyməti təxminən 130-150 min manat olacaq. Köç və kirayə xərcləri də qarşılanır. Bu da kirayə bazarında aktivlik yaradır. Digər tərəfdən əhalinin sayı artır. İaşə obyektlərinə tələbat artır, yeni iş yerləri açılır. Bu tədbirlər tikinti materialları bazarına da müsbət təsir göstərir”.

Yeni Müsavat


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button