Ölkə

Ermənistanla növbəti müharibənin baş verməsi real görünürmü?

Ermənistan- Azərbaycan arasında növbəti müharibənin baş verməsi çox real görünür.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, müharibənin hazırlaqları da göz qarşısındadır.

“Müharibə birdən-birə olmur. Təəsüfki, üçtərəfli bəyanatdan bugünə qədər sülh müqaviləsinə yaxınlaşmayan Ermənistan addım-addım növbəti müharibəyə hazırlıq görürdü. Son günlər Ermənistan tərəfindən həm Naxçıvan sərhədində, həm də Azərbaycan Qarabağ bölgəsində təxribatlar törədilməsi, Rusiya sülhməramlıların nəzarətində olan bölgədə separatçıların qalıntılarının olması, Ermənistanın qismən səfərbərliklə toplanış keçirməsi, ABŞ və Ermənistanın birgə təlimi hamısı meydana gələcək müharibənin işərələridir”, – deyə ehtiyatda olan general vurğulayıb.

Yavuz Karauz əlavə edib ki, bu bölgədə hər keçən gün gərginlik artır və Ermənistan bu gərginlikdən qidalanmağa çalışır:

“Ən sonunda dəmir yumruq yenidən başına dəyməsə ağıllanacaq kimi görünmür. Bu müddət ərzində Azərbaycan və Türkiyənin göstərdiyi xoşniyyət, sülh üçün uzadılan əli təssüfki qarşılqısız qaldı”.

Xatırladaq ki, bir neçə gündür sosial şəbəkələrdə Ermənistanın Azərbaycanla sərhəddə ağır artilleriya qurğuları yığmağa davam etməsi ilə bağlı görüntülər yayılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button