Uncategorized

Ravvinlər Paşinyana müraciət etdi – Azərbaycan əleyhinə aparılan kampaniyaya etiraz

Avqust ayının 27-dən bugünə qədər Amerika və Avropanın 18 aparıcı ravvini Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə “Sofiaglobe” məlumat yayıb.

Məlumatda bildirilir ki, ravvinlər Ermənistanın prezidentinə və baş nazir Nikol Paşinyana müraciət ünvanlayıblar. Onlar Ermənistanın Azərbaycanı ləkələmək üçün həyata keçirdiyi üzrə beynəlxalq kampaniyaya etirazlarını bildiriblər.

Ravvinlər Azərbaycanın “şeytan” obrazında təqdim edilməsindən məyus olduqlarını bildiriblər və “Holokost” mövzusunun yersiz qabardılmasını kəskin şəkildə qınayıblar. Avropalı ravvinlər həmçinin Ermənistan hökumətinin “dünyada yeganə yəhudi ölkəsini məhv etməyə davamlı olaraq aşkar çağırış edən” İran İslam Respublikasının rəhbərliyi ilə əməkdaşlığına təəssüf hissi keçirdiklərini qeyd ediblər.


Qeyd edək ki, Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində deyib ki, Azərbaycan Qarabağda guya daha ​​bir Holokosta hazırlıq aparır. Vardanyan isə bəyan edib ki, ermənilərin “iztirabları” Holokost qurbanlarının iztirablarından daha çoxdur.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button