Siyasət

TürkPA Katibliyi Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkisini” pislədi

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) Katibliyi 9 sentyabr 2023-cü il tarixində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkisini” qətiyyətlə pisləyir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-ə TürkPA-dan bildirilib.

“Bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyası səylərinə zərbədir.

TürkPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımdan çəkinməyə çağırır”, – deyə bəyanatda bildirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button