Ölkə
Hələ də keçid baş tutmayıb
Hələ də keçid baş tutmayıb.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.
Ceyhun Mirzəyev bildirib ki, artıq 13-cü gündür bütün lazımi şəxsi heyət ilə bərabər buradayıq.
“Bildiyiniz kimi artıq 13-cü gündür ki, buradayıq. Müvafiq işçi və könüllü heyətimiz ilə birlikdəyik. Bildiyiniz kimi Rusiya QXC-in ərzaq dolu yük avtomobili Samur keçid məntəqəsindən keçdi. Axşam saatlarında Bərdədə müvafiq ünvana çatdı. Bu gün saat 10-da keçid üçün müvafiq razılaşma olunmuşdu. Lakin hələ də keçid baş tutmayıb. Bununla bağlı biz də gözləmə mövqeyindəyik”, – AzQAC-ın Baş katibi əlavə edib.
Milli.Az