İdman

Almaniya millisinə baş məşqçi namizədləri

Ötən gün Almaniya millisi Yaponiyaya 1:4 hesabı ilə darmadağın olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu nəticə artıq işdən qovulmaq ərəfəsində olan Hans Flikin baş məşqçi postundakı mövqeyini ciddi şəkildə sarsıdıb. 

“Bild”in məlumatına görə, Almaniya Futbol Assosiasiyası artıq namizədlərin geniş siyahısını hazırlayıb.

Namizədlər arasında alman futbolunda kifayət qədər tanınan məşqçilər, məsələn: Yurgen Klopp, Yurgen Klinsmann, Oliver Qlassner və Julian Naqelsmann, bundan başqa Matias Zommer, Rudi Föller, Lottar Mattaus və Miroslav Kloze var. Siyahıda iki gözlənilməz namizəd də var. Söhbət Zinəddin Zidan və Lui van Qaldan gedir.

Qeyd edək ki, iki gün sonra, sentyabrın 12-də Almaniya Fransa ilə qarşılaşacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button