İdman

Azərbaycan poloçuları Avropa Çempionatında gümüş medal qazanıb

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması həlledici final oyununa çıxıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən xəbərə görə, sentyabr ayının 10-da komandamız son Avropa çempionu İspaniya yığması ilə qarşılaşıb və çətin mübarizədə gümüş medala layiq görülüb.

Komandamız bu mötəbər tədbirdə 3-cü dəfə iştirak etməsinə baxmayaraq Avropanın ən güclü 8 komandası ilə birlikdə yarışaraq çıxdığı 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup oyunundan qələbə ilə ayrılıb.

“İdmançılarımızı turnirin ikinci pilləsinə yüksəlmələri və gümüş medalları münasibətilə təbrik edir, nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə minnətdarlığımızı bildiririk”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button