Siyasət

Rusiya Azərbaycan üzərindən Ermənistana elektrik enerjisi çatdırmaq istədiyini açıqladı

Rusiya Azərbaycan üzərindən Ermənistana, oradan isə İran və digər ölkələrə 300 MVt elektrik enerjisi çatdırmaq imkanını nəzərdən keçirir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.

O qeyd edib ki, layihədə bütün iştirakçıların marağı var.

Bundan əvvəl İranın energetika naziri Əli Əkbər Mehrabian da İranın Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağını bildirib. O, elektrik şəbəkələrinin bir mərhələdə sinxronlaşdırıldığını əlavə edib.

Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində iş gedir. Məqsəd hər üç ölkənin elektrik şəbəkəsini sinxronlaşdırmaqdan ibarətdir. Lazımi layihə işləri İranın “Monenko” şirkəti tərəfindən həyata keçirilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button