Ölkə
Betonqarışdıran maşın 78 yaşlı qadını vurub öldürdü
Ələt-Astara yolunun Salyan şəhəri hissəsində ağır qəza baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mürşüd Muradov idarə etdiyi “Man” markalı betonqarışdıran avtomobillə hərəkətdə olarkən 78 yaşlı Süleymanova Rəxşəndəni vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az