İdman

“Səhərə kimi həmin epizodu düşündüm”

“Belçika ilə oyundan sonra səhərə kimi həmin epizodu düşündüm”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanın əvvəllərində qaçırdığı qol şansını da xatırlayıb: “Həmin epizodda qol vurmalı idim. Açığı, elə bildim ki, rahat vuracağam. Həmin rahatlıq, bəlkə də, məni çaşdırdı”.

Futbolçu İordaniya ilə görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb: “Yoldaşlıq matçı olsa da, əsas məqsədimiz oktyabrdakı oyunlara qədər bir-birimizi daha yaxşı başa düşək. Onun üçün hazırlaşırıq. Yenə də sabah qələbə qazanmaq istəyirik. İordaniyanın sürətli əks-hücumları var. Biz isə öz oyunumuzu göstərib, qələbə qazanmaq istəyirik”.

E.Mahmudov bu mövsüm yaxşı formada olmaması ilə bağlı fikirlə razılaşmayıb: “Ötən mövsüm çox qol vurduğum üçün diqqət çəkirdim. Bu mövsüm çox qol şanslarım olmur. Sadəcə, klubumda təzə baş məşqçiyə uyğunlaşıram. Onun istəklərini yerinə yetirməyə çalışıram. Son oyunumda assist etdim. Bəlkə bunun mənə köməyi dəyər”.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək Azərbaycan – İordaniya oyunu saat 20:00-da start götürəcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button