Siyasət
ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır
ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçilərın keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.
“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, – sözçü qeyd edib.
Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.
Milli.Az