Siyasət
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir
Rusiya Qızıl Xaç Cəmiyyətinin 1 TIR avtomobili və onu müşayiət edən heyət Rusiya sülhməramlılarının blok postunu keçərək Ağdam-Xankəndi yolu ilə hərəkət edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev bildirib.
“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq yükü 15 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bu artıq ayrı mövzudur. Bununla bağlı müzakirələr davam edir. Lakin deyə bilərik ki, Ağdam marşrutu açılıb”, – Mirzəyev vurğulayıb.
Milli.Az