Ölkə

Azərbaycanlı iş adamının oğlunun Moskvadakı toyuna ulduzlar axın etdi

Ötən axşam Moskvada əslən Şəmkirdən olan azərbaycanlı iş adamının oğlunun dəbdəbəli toyuna məşhur ulduzlar axın edib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sözügedən məclisə Əməkdar artist Ədalət Şükürov, türkiyəli müğənnilər Ziynət Sali, Adil Karaca,  Azərbaycan əsilli Rusiyalı ifaçılar “Jony” (Cahid Hüseynli), “Bahh Tee” (Bəxtiyar Əliyev), “HammALİ & Navai” (Aleksandr Əliyev və Nəvai Bəkirov) çıxış ediblər. 

Diqqət çəkən məqam isə sözügedən gecədə Ədalətin səhnədə ifası zamanı Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənovun qol qaldırıb rəqs etməsi olub. 

Şükürov məclisdə səhnə alan bir sıra həmkarları ilə bir araya gələrək, xatirə “selfi”lər çəkdirib. Həmin şəkilləri isə Əməkdar artist sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Milli.Az

 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button