Ölkə

Viza mərkəzləri süni əngəllər yaradır

Bəzi viza mərkəzlərinin fəaliyyəti turizmə problem yaradır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.

“Getmə turizm sahəsində bizi ən çox narahat edən məsələlərdən biri də vizaların verilməsi ilə bağlıdır. Avropa ölkələrinin viza müraciətlərinə nəzər yetirsək, bəzi ölkələrin digərlərinə nisbətdə daha çətin viza verdiyini müşahidə edə bilərik. Vizaların verilməsi prosedurundakı çətinliklərdən danışarkən, bəzi viza mərkəzlərinin süni əngəllər yaratmasını qeyd etmək istərdim.

Bir sıra hallarda lazımi sənədlərdən başqa, əlavə sənədlərin də tələb olunduğunun şahidi oluruq. Misal olaraq iş yerinden arayış və kart çıxarışı təqdim olunduğu halda, vergi ödənişinə dair arayış, bəzən gediş-gəliş biletlərinin alınmış variantları tələb edilir. Bəzən viza rüsumunun ödənilməsindən sonra əlavə xidmət haqqı tutulur. Bu xidmət haqqının isə nə olduğuna aydınlıq gətirilmir. Görüş günü ilə bağlı sıxıntılar hələ də qalmaqdadır. Bu da üzvlərimizin və turistlərin haqlı narazılığına səbəb olur”, – o qeyd edib.

“Bəzi Şengen zonası ölkələrinin səfirliklərində görüş günü təyin etmək üçün sistem, demək olar ki, bağlı olur. Görüş günü həftədə 1 dəfə, ayda 4 dəfə qısa müddətə günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş gününü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Bir sıra hallarda təhsil viza müraciətlərində tələbələr çətinliklə viza ala bilirlər.

Bəzən səfirliklərdən viza müraciətinə cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir. Ya da orta büdcəli turistlər qəbul edilmir.

Təəssüf ki bir sıra hallarda səfirliklər çox yüksək əmək haqqı və ya gəlirlər tələb edir ki, turist vizası verməkdə maraqlı olsun. Bəzən isə səfirliklər hotelin ödənilmiş qəbzini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır”, – o qeyd edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button