Uncategorized

Paşinyan yenə “danlanan” tərəf oldu – Müharibə riskini azaldan səbəblər

Bütün dünyaya yalan məlumatlarla car çəkən, hər gün müxtəlif saatlarda təxribatlara əl atan separatçılar son günlər vəziyyəti gərginləşdirərək pik həddə çatdırsalar da, artıq müharibə riski azalmış kimi görünür. Baş verən son proseslər, Paşinyanın axırıncı müsahibəsi bunu deməyə əsas verir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bir-birinə ziddiyət təşkil edən çıxışları ilə seçilən Paşinyan vəziyyəti gərginləşdirdiyini özü də başa düşüb. 44 günlük müharibə ərzində olduğu kimi yenə də bir gün ərzində müxtəlif ölkə liderlərinə zəng edən baş nazir aldığı cavablardan sonra 180 dərəcə dəyişib. Belə ki, əvvəlki müsahibələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını danan baş nazir Ermənistanın İctimai Televiziyasına müsahibə verərkən vəziyyəti yumşaltmağa çalışıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıqdan sonra müsahibə verən Paşinyan deyib ki, söhbət faydalı olub. Görünür, Ərdoğan yaxşıca xəbərdarlıq edib.

Paşinyanı “danlayan” tək Ərdoğan olmayıb. Bu gün Rusiya prezidenti Vladimir Putin də Paşinyanı sərt tənqid edib: “Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edibsə, biz daha nə deyə bilərik? Ermənistan qəbul edibsə ki, Qarabağ Azərbaycanın bir hissəsidir, söhbət nədən gedir?”, – deyə o bildirib.

Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimin keçirdiyi “seçkilər” barəsində danışan Paşinyan deyib ki, burada təbrik etməli bir şey yoxdur: “Şahramanyanı niyə təbrik etmədim? Çünki “prezident” deyil, o sadəcə Qarabağdakı ermənilərin bir növ rəhbəridir. Onların başçısıdır. Biz beynəlxalq prinsiplərlə davam etməliyik.”

Bu kimi hadisələrin fonunda Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyəyə səfəri də Paşinyanın qərarının “dəyişməsinə” gətirib çıxaran səbəblərdən biri olub. Halbuki, bu səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışmasından istifadə edən Paşinyan Qərbə sığınaraq vəziyyəti gərginləşdirərək vaxt qazanmağa çalışsa da, Azərbaycanın ciddiyətini başa düşdü. O, zənn edirdi  ki, baş verənləri fərqli formatda dünyaya car çəkməklə Azərbaycanın “cəzalandırılmasına” nail olacaq. Lakin, anlamalı idi ki, Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Nəticədə, pis vəziyyətə düşən yenə də Paşinyan özü oldu.

İslam
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button