Ölkə

Uşaqlar arasında yayılan xəstəlik qripdir, yoxsa COVID-19?

Son günlər əhali arasında infeksiyalar və kəskin respirator viruslar yayılıb. Xüsusilə azyaşlı uşaqlarda bu hallara daha sıx rast gəlinir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bəs uşaqlar arasında yayılan xəstəlik və səbəbləri nələrdir? Bu xəstəlik koronavirusun yeni növü ilə əlaqəlidirmi?

Bu barədə Trend-in suallarını cavablandıran pediatr-reanimatoloq Qoşqar İsmayılovun sözlərinə görə, payız mövsümündə yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları yayılır.

“Qrip, influenza kimi respirator viruslar yavaş-yavaş aktivləşir. Uşaqlarda burun axması, öskürək, yüksək hərarət özünü göstərir. Bəzi uşaqlarda dəridə səpkilər əmələ gəlir. Sadəcə olaraq, bu virusların hər il yeni mutasiyaları, ştammları yaranır. Uşaqlar arasında yayılan bu xəstəlik koronavirusla əlaqəli deyil”, – deyə o əlavə edib.

Yeni tədris ilinin başlanması ilə uşaqlar arasında virusun yayılmasının kəskin artamasına dair pediatr bildirib ki, xəstə uşaqlar bağça və məktəbə getməməlidir.

“Təbii ki, onlar qrip əleyhinə vaksinasiya oluna bilərlər”, – deyə Q.İsmayılov bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button