Ölkə

Güzəştli ipoteka krediti nə vaxt ayrılacaq ?

Bir neçə gün əvvəl İpoteka və Kredit Zəmanət Fondu tərəfindən (Fond) satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim etdiyi yaşayış sahələrinin siyahısına daha 268 yeni, tam təmirli mənzil əlavə edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bəs İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka üçün limitlər nə vaxt ayrılacaq?

Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, güzəştli ipoteka kreditləşməsi üçün limitlər hər ilin əvvəli ayrılır.

Güzəştli ipotekanın şamil olunduğu əhali kateqoriyaları barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz. (http://mcgf.gov.az/menu/46)

Qeyd edək ki, hazırda İpoteka və Kredit Zəmanət Fondunun kommersiya banklarına güzəştli, yəni illik 4 faizli ipoteka ilə bağlı verdiyi limitlər bitib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button