Ölkə

Əri tərəfindən bıçaqlanan qadının SON DURUMU

Qobuda əri tərəfindən bıçaqlanan qadının müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumata görə, 2004-cü il təvəllüdlü Aynur Nərimanova travmatik pnevmatoraks diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Torakal Cərrahiyyə şöbəsində müayinə və müalicələri davam etdirilir, hazırda vəziyyəti stabildir.

Qeyd edək ki, 19 yaşlı Aynur Nərimanova ötən gün axşam saatlarında Abşeron rayonu, Qobu qəsəbəsi, Əliağa Vahid küçəsində bıçaqlanıb. Hadisə ilə bağlı onun həyat yoldaşı Alim Nərimanov saxlanılıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button