Ölkə

Dünən şəhid olan hərbçilərimiz torpağa tapşırıldı

14:18

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçi Əliyev Taleh Saleh oğlu doğulduğu Zərdab rayonunda dəfn edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vida mərasimində hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Əliyev Taleh Saleh oğlunun nəşi Dövlət Himninin sədaları altında Zərdab rayonu Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə hərbçinin tabutuna sarılmış üçrəngli bayrağı onun atasına təqdim edib.

Müddətdən artıq hərbi xidmət qulluqçusu Taleh Əliyev evli idi, iki qız övladı var.

——–

13:48

Çətin relyefli dağlıq ərazidə baş verən avtoqəzada həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elgün Elşad oğlu Həsənov dəfn edilib.

Milli.Az-ın məlumatına görə, Elgün Həsənov Bakının Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

——-

11:05

Ötən gün Kəlbəcərdə çətin relyefli ərazidə yol qəzasında həlak olan hərbçi Elgün Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda E.Həsənovun evində onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button