Ölkə

Aktrisaları güdən şəxs tutuldu – FOTO

Aktrisa Dryu Berrimoru izləyən şəxs “Harri Potter”-in ulduzu Emma Uotsonu axtararkən Nyu Yorkda həbs edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən bildirir ki, Çad Maykl Busto adlı 37 yaşlı kişi Nyu York Moda Həftəsində “Brooklyn Navy Yard”-da səhnə arxasında soyunub-geyinmə otağına girib Uotsonla görüşməyi tələb etdən zaman saxlanılıb. 

Polis Bustonun modellərə və vizajistlərə qışqırdığını açıqlayıb: “Emma Uotson ilə evlənmək istəyirəm. İcazə verin, onunla danışım, şəkil çəkdirim”. 

Aktrisanın həmin an otaqda olub-olmadığı məlum deyil.

Busto ictimai asayişi pozmaqda və məkana qanunsuz daxil olmaqda  ittiham edilir. 

Qeyd edək ki, avqustun sonunda 48 yaşlı Barrimor Bustonun aqressiyasına görə, Nyu-Yorkda müğənni Rene Rapp ilə müsahibəni yarım qoyub tərk etmək məcburiyyətində qalıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button