Ölkə

Nəsir Əhmədlinin nəvəsi babasının yolunu davam etdirəcək

Ötən il vəfat edən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədlinin nəvəsi də BDU-nun Jurnalistika fakültəsinə qəbul olaraq, tələbə adın qazanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İlk dərs günü münasibətilə, mərhumun nəvəsi, Əhmədli Selcan öz təssüratlarını İnformator.az-a danışıb.  

Jurnalistlərin Nəsir müəllimi… Selcan, baba yadigarı bir fakültənin tələbəsi olmaq necə hissdir?

–  Kiçik yaşlarımdan başlayaraq, bu mühitdə böyüməyə başladım. Jurnalistika mənim həvəsdən çox, hədəfimə çevrildi. Bu gün məqsədimə çatdım. Babamın yolunu davam etdirmək üzrə, ilk addımlarımı atmağa başladım. Bu yolda atam və anam ən böyük dəstəkçim oldu. Babamı 10-cu sinifdə oxuyanda itirdim. Çox təəssüf ki, o, mənə olan dəstəyini tamamlaya bilmədi, amma varlığın daim hiss elədim. Qəbul xəbərin alanda, qürurumun, sevincimin həddi-hüdudu yox idi. İlk dərs günümdə, doğma fakültədə mənə qarşı olunan rəftarı görəndə, babamdan miras qalan fakültənin tələbəsi olduğuma görə qürurum ikiqat artdı.

Nəsir müəllim bu gün təəssüf ki, aramızda yoxdur. Öz nəvəsinin bu xoş günündə xeyir-dualarını dilə gətirə bilmir. Səncə, baban yaşasaydı, nə hisslər keçirərdi?

–  Ömrünün son zamanları babamın bəlkə də ən böyük arzusu nəvəsini jurnalist olaraq görmək idi. Ötən illərə nəzər salsaq, jurnalistika kəskin sahə kimi tanınırdı, söz azadlığı belə güclü deyildi. Amma inkişaf etmiş bir dövrdə nəvəsinin jurnalist kimi yetişməsi, babamın ən böyük sevinci ola bilərdi…

Jurnalist olaraq yeni bir yola qədəm qoydun. Bu sahə ilə bağlı planların nədir?

–  Abituriyent vaxtı özümü radio və televiziya sahəsində görərdim. Tələbə adını qazandıqdan sonra isə tək hədəfim 4 il müddətində universitetimə, fakültəmə layiq tələbə, gələcəkdə isə babamın adın daim yaşadacaq, onun buraxdığı izlərlə yola davam edən fakültəmdə müəllim olmaqdır.

Tələbəliyin ilk günü.. Necə bir hissdir?

–  Hər şey gözlədiyimdən də yüksək səviyyədə özün doğrultdu. İstər fakültəmizin müəllimləri, istərsə də öz tələbə yoldaşlarım. Ümid edirəm ki, hər şey çox yaxşı olacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button