Ölkə

Blogerin 84 videosuna baxıb, 1 milyon təzminat istədi

Çelyabinsk vilayətinin sakini bloger və aparıcı Nastya İvleyevanı məhkəməyə verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən bildirir ki, qadın aparıcının videolarına baxdıqdan sonra 1 milyon rubl mənəvi təzminat tələb edib. 

38 yaşlı qadın iddia edib ki, o, İvleyevanın 84 videosuna baxıb, jarqon və söyüşlərin çoxluğundan dəhşətə gəlib. 

Qadın həmçinin gənclərin onlara baxmaması üçün bloqqerin videolarının bütün platformalarda bloklanmasını tələb edib. 

Məhkəmə şikayətə baxıb və məzmunu ekspertizaya göndərib. 

Videodakı pozuntular təsdiqlənərsə, o zaman aparıcı iddia üzrə əlavə icraat üçün Çelyabinsk məhkəməsinə çağırılma ilə üzləşə bilər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button