Ölkə

Zəngilan şəhərində “taunhaus” tipli evlər olacaq

Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq.

“Böyük Qayıdış” proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur.

İkinci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.

Həmçinin, Zəngilanda 1 hektar ərazidə ümumi tikinti sahəsi 3750 m2-dən ibarət 160 yerlik uşaq bağçası inşa ediləcək.

Uşaq bağçası iki mərtəbədən ibarət olacaq və 160 uşaq üçün nəzərdə tutulub.

Bağçada 8 qrup otağı, 1 camaşırxana, 3 texniki otaq, 6 inzibati otaq, 1 qəbul zonası, 4 tibb otağı, 1 mətbəx, 1 idman zalı, 1 musiqi zalı nəzərdə tutulub.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button