Ölkə

Ermənilər məscid qapısını pivəxanaya qoyublar

Xankəndidə erməni iş adamına məxsus pab-restoranın qapısı Ağdamın Şahbulaq qalasından gətirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

Alim bildirib ki, pabda istifadə edilən qapı Şahbulaq qalasında qədim məscidin qapısıdır:

“1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra kompleksin daxilindəki məscid, hamam, Xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdılmış, müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Dağıdılan bu məscid 1752-ci ilə aid idi”.

Alim onu da vurğulayıb ki, məscidin qapısını ermənilər qəsdən paba qoyublar, burda məqsəd islam dinini təhqir etməkdir.

Xatırladaq ki, ermənilər Ağdam məscidində də donuz saxlayırdılar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button