Ölkə

BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının professoru Rauf Quliyev vəfat edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.

Rauf Quliyev 1938-ci il yanvarın 5-də Gəncə şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildə “Lənkaran paxlasının biomorfoloji və təsərrüfat əlamətinin dəyişkənliyi” mövzusunda namizədlik, 1988-ci ildə Ukraynanın Xarkov şəhərində Bitkiçilik, Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunda “Pambıq hibridlərində və təkrarən təsir edilmiş mutantlarda mutasiya dəyişkənliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Rauf Quliyev 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Genetika və Seleksiya Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1967-ci ildən müsabiqə əsasında BDU-nun Genetika və darvinizm kafedrasında assistent, baş müəllim, dosent, professor, 1988-2018-ci illərdə kafedra müdiri vəzifələrində çalışıb.

Rauf Quliyev elmi-pedaqoji fəaliyyəti dövründə 97 məqalə, 1 monoqrafiya, 3 kitab, metodik göstəriş və proqramın müəllifi olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button