Ölkə

Taksi sürücülərini sevindirəcək xəbər – VİDEO

Taksilər də avtobuslar üçün yaradılmış xüsusi zolaqdan istifadə edə bilər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, taksi standartları müəyyən edildikdən sonra taksilərin avtobus zolaqlarından istifadə etməsi məsələsinə baxıla bilər.

Milli.Az xəbər verir ki, yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Xəzər TV-yə bildirib ki, beynəlxalq təcrübəyə əsasən, digər ölkələrdə avtobuslar üçün yaradılan zolaqlardan taksilər də istifadə edirlər. Çünki taksi də ictimai xidmət sahəsi hesab edilir və bunun üçün paytaxtın bəzi küçə və prospektində olan xüsusi zolaqlardan onların da istifadəsi mümkündür.

Taksi sürücüləri də irəli sürülən təklifi yüksək qiymətləndirirlər. Onlar da saatlarla tıxacda qalmayacaqlarını və maddi baxımdan büdcələrinə müsbət təsir edəcəyini deyirlər.

Ekspert hesab edir ki, qanunsuz fəaliyyət göstərib, amma avtobus zolağına daxil olan taksi sürücüləri xüsusi texniki vasitələrlə müəyyən ediləcəklər. Onlar barəsində də qanunamüvafiq qaydada cərimə tətbiq ediləcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button