Ölkə
Röya Zaurun oğlunun sualına belə cavab verdi: “Olmaz, ayıbdır”
Teleaparıcı Zaur Kamalın oğlu canlı yayıma çıxıb.
Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, o, “Həmin Zaur” proqramında Bartu Xalq artisti Röya Ayxana müxtəlif suallar ünvanlayıb:
– Belə ulduz olacağınıza inanırdınızmı?
– Mən həmişə inanmışam ki, bir şey olacağam. Ulduz oldum.
– Röyanı xalqa sevdirən nə oldu?
– Özü kimi olmağı.
– Sizi bu qədər sevən var, bəs siz onların içində birini tapıb sevmirsiniz?
– Səni sevmək istəyirəm. Deyəsən, kanala təzə gəlmisiniz, cavan oğlan.
– 200 min dolları bir yerdə görmüsünüz?
– Heç vaxt. Mən ümumiyyətlə, toyda da pulları görmürəm, hamısını Kənan görür.
– Röya xanım, Bakıda neçə eviniz var?
– Deyə bilmərəm. Olmaz, ayıbdır.
Milli.Az