Ölkə

Bakıda qəza nəticəsində piyada ölüb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil 50-55 yaşlarında olan kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qəza səbəbindən yolun hər iki istiqamətində tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button