Ölkə

ABŞ-da çılpaq kişi başqasnın evinə girdi

ABŞ-da çılpaq yad şəxs gizlicə başqasının evinə girərək ev sahibini qarət edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Daily Star məlumat yayıb.

Yuta ştatının Draper şəhərindən olan Lin Koller bildirib ki, gecə saatlarında naməlum kişi onun evinə soxulub. Müşahidə kamerası çılpaq kişinin giriş qapısına necə yaxınlaşdığını qeyd edib, ancaq onu açmayıb. Bunun əvəzinə o, evə girə bildiyi qaraja gedib.

O, mətbəxdəki keksləri yedikdən sonra ev sahibinin paltarını geyinib, çek dəftərini, pul kisəsini və avtomobilin açarlarını oğurlayıb.

Polis həmin şəxsi yerli sakinlərdən çoxsaylı şikayətlər aldıqdan sonra saxlayıb.

Milli.Az

 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button