Ölkə

Neftçalada intihar edən qadın döyülüb?

Neftçalada intihar edən qadının məktubu tapılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Lent.az həmin məktubun mətnini əldə edib. Əldə etdiyimiz məlumata görə, özünü öldürən Neftçalanın Xəzər kənd sakini 47 yaşlı Qızqayıd Xəlilova intihar etməzdən əvvəl yazdığı məktubda “Mənsiz həyatınızda xoşbəxtlik arzulayıram”, deyə qeyd edib. Həmçinin mərhumun meyitində xəsarət izləri aşkarlanıb. Lakin həmin izlərin döyülmə nəticəsində yaxud başqa səbəbdən yaranması hələlik bilinmir.

Hazırda iş üzrə ekspertiza təyin edilib. Ekspertizadan sonra həmin xəsarətlərin nədən əmələ gəldiyi üzə çıxacaq.

Sosial şəbəkədə yayılan iddialara görə isə Q. Xəlilova mütəmadi olaraq əri tərəfindən döyülürmüş. Hətta onun hadisədən bir gün əvvəl də gecə səhərə qədər döyüldüyü bildirilir.

Qeyd edək ki, Xəlilova Qızqayıd Alı qızı yaşadığı evin həyətindəki metal borudan özünü asaraq, həyatına son qoyub. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button