Ölkə

Sumqayıtda uşaq faciəvi şəkildə öldü

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsi batareya udan uşağın ölməsi ilə bağlı məlumat yayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, mərkəzdən bildirilib ki, xəstə 28.03.2022-ci il təvəllüdlü, Qədirli Məryəm Qafur qızı 16.10.2023-cü il tarixində TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına ağır vəziyyətdə, süni tənəffüs aparatına qoşulu özəl tibb müəssisəsinin təcili yardım briqadası tərəfindən gətirilib və birbaşa reanimasiya şöbəsinə yerləşdirilib:

“Valideynin verdiyi anamnezə əsasən uşaq bir həftədən çoxdur xəstə olub. 16.10.2023- cü il tarixdə Uşaq Xəstəxanasının Poliklinika şöbəsinə poliklinika şöbəsinə öskürək, hərarət, halsızlıq, qusma, yeməkdən imtina şikayətləri ilə pediatra müraciət edib. Müayinələr nəticəsində uşağın qida borusunda yad cism olduğu aşkarlanmışdı. Uşaq Sumqayıtda yerləşən özəl klinikaların birinə göndərilib. Yad cism çıxarıldıqdan sonra uşaq valideynləri tərəfindən evə aparılıb. Valideynin dediyinə görə, axşam uşağın vəziyyəti qəflətən pisləşib. Valideyn uşağı yaxında yerləşən özəl klinikaya çatdırıb. Klinikada uşağın vəziyyətini tənəffüs ürək dayanması kimi qiymətləndirilərək, ilkin yardım göstərilib və süni tənəffüs aparatına qoşularaq Uşaq Xəstəxanasına çatdırılıb. 17.10.2023 saat 06:40-da xəstədə təkrar ürək dayanması baş verib. Aparılan reanimasion tədbirlərə baxmayaraq bu gün saat 07:10 radələrində bioloji ölüm baş verib”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button