Ölkə

Əri tərəfindən öldürülən müğənni Yaqutun məzarı

Dünən yoldaşı tərəfindən bıçaqlanaraq öldürülən müğənni Yaqut Həşimova dəfn olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu barədə onun bacısı Şəlalə İsgəndərova məlumat verib. O, bacısının məzarının şəklini sosial şəbəkədə bu sözlərlə paylaşıb:

“Yeni evin mübarəkdi, ay mənim namuslu, ismətli, ləyaqətli bacım. Bacın ölsün, necə ki, məni də bu tarixdə basdırdın…”

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.

Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur.

Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button