Ölkə

Qətlə yetirilən ifaçının ailəsindən Əli Mirəliyevə

Müğənni Əli Mirəliyev “Bizimləsən” verilişində həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilən Yaqut Həşimova haqqında “Sağikən içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı” ifadələrinə görə ailəsindən üzr istəyib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Əli Mirəliyev “Elgizlə izlə” verilişində bu sözləri deyib: “Heç ağlıma gəlməzdi ki, Yaqutun başına bu hadisə gələr. İndi də inana bilmirəm. Dünəndən ağlayıram. Yaqutun gözəl səsi vardı. Onu tək siz yox, Azərbaycan musiqisi itirdi. Ondan tələbəm kimi razı idim. Allahın işidir. Mən bilmirəm ər-arvad arasında nə baş verib. Mən sizdən üzr istəyirəm və baş sağlığı verirəm”.

Mərhum müğənninin anası isə Əli Mirəliyevə “Qızım 17 yaşında beyin əməliyyatı keçirib. Dünənki sözünə görə onu bağışlamıram. Yalan danışıb. Onun Yaquta da borcu var”,-deyə cavab verib.

Yaqut Həşimovanın bacısı deyib ki, mərhum müğənni Əli Mirəliyevin evinə bazarlıq da edib:

“Həmişə Yaqut Əli Mirəliyevin evinə bazarlıq edib. Bacıma nə qədər pul borcludur. Yaqut necə içki içə bilərdi? On il idi beyin əməliyyatı keçirmişdi. Bacım namuslu olduğuna görə ailəsindəm boşanmaq istəmədi. Əri çoxdandı evə gəlmirdi. Dünən evə gəlib, pul istəyib. Bacım pul verməyib deyə bıçaq zərbəsi endirib”.

Qeyd edək ki, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olub. “AzəriStar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Yaqut Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button