Ölkə

Paytaxtda 11 yaşlı uşağı bıçaqlayan şəxsin istintaqı bitdi

Bakıda 11 yaşlı uşağı bıçaqlayan şəxslə bağlı istintaq işi yekunlaşıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu ilin iyun ayında 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Sərkar Ağamirzə oğlu Həsənov Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində 2012-ci il təvəllüdlü Ömər Rufis oğlu Məmmədli ilə aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.

Hadisədən dərhal sonra Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılaraq istintaq aparılıb və Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə təqsirləndirilən şəxsə ittiham irəli sürülüb.

İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, hələlik hakim təyin edilməyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button